Nerj məhəccər sistemləri
Nerj paslanmaz metaldan istifadə artıq müasir memarlıq layihələrinin ayrılmaz bir hissəsi olub, çətin həyata keçirilən layihələr üçün geniş imkanlar açır. Müasir interyer dizaynerləri də xüsusi seçim qarşısında əsasən paslanmaz metala üstünlük verirlər. Nerj məhəccərlərin başlıca cəhəti hər hansı bir üst örtüklə əhatələnməsinə ehtiyacın olmamasıdır. Bu isə o demekdir ki,məhəccərləri rəngləmək və ya qoruyucu üst qatla əhatələməyə gərək yoxdur.

Metalın tərkibindəki xrom materialı korroziya hallarına qarşı davamlı edir. Bu xüsusiyyət əsasən də açıq hava ilə təmasda olan ərazilərdə və eyvanda, baseyn kənarlarında və digər bu kimi yerlərdə xüsusi önəm daşıyır. Paslanmaz məhəccərlərin başlıca üstünlüyü xüsusi qulluq tələb etməməsi, uzunömürlü olması və mühitden asılı olaraq müxtelif eyyara malik olmasıdır.

Eurowin şirkəti paslanmaz metaldan hazırlanan, reallaşdırılması çətin görünən bütün növ məhəccərlərin hazırlanması üzrə ixtisaslaşıb. Bizim mütəxəssislər müxtəlif fərdi layihəli məhəccərləri hazırlaya bilər. Eyni zamanda sifarişçinin təklif etdiyi layihələr də həyata keçirilir.